Dünya

Səmada diqqət çəkən görüntü - "Onu ekstradisiya edin" - FOTO

  • 16 Jul 2018
  • 15876 baxış

2016-cı ilin 15 iyul gecəsində FETÖ terror təşkilatının hərbi çevrilişə cəhd etməsindən 2 il ötür.

XalqTv.com haberler-ə istinadla xəbər verir ki, ötən gün terror təşkilatının lideri Fətullah Gülənin yaşadığı Pensilvaniya ştatının səmasında "Güləni ekstradisiya edin" sözləri "peyda olub".

Belə ki, Fətullah Gülənin malikanəsinin üzərindən keçən təyyarələr "Güləni ekstradisiya edin" sözləri yazılan pankart dalğalandırıblar. Həmçinin, Türkiyə vətəndaşları evin yaxınlığına toplaşaraq əllərində "Gülən günahını boynuna alıb, onu ekstradisiya edin" kimi sözlər yazılan plakatlarla etiraz aksiyası keçiriblər.

Qeyd edək ki, inqliaba cəhddə birbaşa 10 minə yaxın hərbiçi iştirak edib. 246 zirehli texnika, 74 tank, 37 helikopter, 24 ədəd "F-16", 11 təyyarə və 3 hərbi gəmi istifadə edilib.

Ölkəni xaosa sürükləməyə cəhd edənlərə qarşı başladılan əməliyyatlar nəticəsində minlərlə FETÖ üzvü həbs olunub.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR