Xəbərlər

Ölkə başçısı professoru “Şərəf” ordeni ilə təltif etdi

  • 16 Jul 2018
  • 155160 baxış

Ölkə başçısı İlham Əliyev sərəncam imzalayıb.


XalqTv.com xəbər verir ki, prezident tibb elminin inkişafında böyük xidmətlərinə görə Sudeif Bəşir oğlu İmamverdiyevi “Şərəf” ordeni ilə təltif edib.


Qeyd edək ki, Sudeif Bəşir oğlu İmamverdiyev 1938-ci ildə Astarada ziyalı ailəsində anadan olub. Azərbaycan Tibb İnstitutunun müаlicə-prоfilаktikа fаkültəsinin məzunudur. 

1964-cü ildə alim ölkəmizdə ilk dəfə limfoqrafik tədqiqatı həyata keçirib və bunun üçün 2 mexaniki cihaz təqdim edib. 


1968-ci ildən Azərbaycanda aortoqrafiyanın geniş tətbiqinə başlayıb. Nəticədə 1970-ci ildən ölkəmizdə böyrək arteriyalarında rekonstruktiv cərrahiyyə inkişaf edib.


1984-cü ildən görkəmli uroloq böyrək şişlərinin azalması üzrə uğurlu əməliyyatlara başlayıb və 1997-ci ildə ilk olaraq ölkəmizdə radikal prostatektomiyanı həyata keçirib.


2001-ci ildə AMEA-nın müxbir üzvü, 2011-ci ildə Rusiya təbiət elmləri akademiyasının həqiqi üzvü, 2007-ci ildə - Türkiyə androloqlar Assosiasiyasının, 2002-ci ildə isə Gürcüstan uroloqlar Assosiasiyasının fəxri üzvü seçilib.


1993-cü ildən Avropa uroloqlar Assosiasiyasının həqiqi üzvüdür.


Prezidentin Sərəncamı ilə 2000-ci ildə S. İmamverdiyev “Şöhrət” ordeni, 2008-ci ildə - Əməkdar elm xadimi Fəxri adı, 2013-cü ildə - Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu, 2017-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Təqaüdü ilə təltif edilib.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR