Dünya

Tramp-Putin görüşü başladı - YENİLƏNİB

  • 16 Jul 2018
  • 155244 baxış

15:17

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında görüş başlayıb.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, görüş bu dəqiqələrdə Helsinkidə keçirilir.

Qeyd edək ki, iki liderin təkbətək görüşündən sonra geniştərkibli görüş və mətbuat konfransı nəzərdə tutulur.

Prezidentlərin əsasən Suriya və Ukrayna ilə bağlı məsələləri, eləcə də hər iki ölkənin nüvə potensialı ilə bağlı məsələni müzakirə edəcəkləri bildirilir.

----------

>

12:26

ABŞ prezidenti Donald Tramp Finlandiyaya səfərə gəlib.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, hazırda amerikalı lider Finlandiya rəhbəri Sauli Niinistyönün iqamətgahında işçi nahardadır.

Görüş zamnı D.Tramp ilk təəssüratlarını belə ifadə edib: "Finlandiya gözəl və qonaqpərvər ölkədir".

Qeyd edək ki, Finlandiya prezdienti ilə görüşdən sonra Helsinkidə D.Trampın Rusiya prezidenti Vladimir Putinlə görüşü olacaq.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR