Beyonse 4-cü övladına hamilədir? - FOTO
Dünyanın ən məşhur müğənnilərindən biri, amerikalı Beyonse Nouls İnstagram-da yeni fotolarını paylaşıb.
XalqTV.com TMZ-yə istinadən bildirir ki, 36 yaşlı müğənni 2003-cü ildə çəkilmiş "Crazy in Love" klipindəki görkəmini təkrarlayıb.
Müğənni əri, reper və prodüser Cey Zi ilə birlkdə "On The Run II" turnesindədir.
Ötən həftə Beyonse və Cey övladları - 6 yaşlı Blu Ayvi, 1 yaşlı əkizlər Ser və Rumi ilə birlikdə Fransanın Kann şəhərində idilər.
Beyonsenin dediyinə görə, "4.44" adlı yeni mahnı hazırlayır.
>4 rəqəmi ailə üçün uğurludur. Beyonse sentyabrın 4-də, əsl ad və soyadı Şon Karter olan Cey Zi dekabrın 4-də anadan olublar. Onlar 2008-ci ilin aprelin 4-də ailə qurublar.
Beyonsenin 19 konsertdən ibarət Avropa turnesi iyulun 17-də Fransanın Nitsa şəhərində başa çatacaq.
Daha sonra ABŞ-da 30 konsertlik turne olacaq və o, iyulun 25-də Klivlend ştatındakı Ohayo ştatında başlanacaq.
XalqTV.com