idman
Ukraynalı futbolçu \"Sabah\"da
Topaz Premyer Liqanın debütantı "Sabah" heyətinə yeni futbolçu cəlb edib.
XalqTV.com qol.az-a istinadən yaydığı xəbərə görə, Bakı təmsilçisi Vitali Kvaşukla münasibətlərini rəsmiləşdirib. Ukraynalı futbolçu ilə 3 illik müqavilə bağlanıb.
Kiyev "Dinamo"sunun yetirməsi olan Kvaşuk, karyerası ərzində Ukraynanın "Metallurq 2" (Donetsk), "Zarya 2" (Luqansk), "Olimpik" (Donetsk), Belarusun "Torpedo" (Jodino), "Vitebsk" və "Neman Qrodno" klublarında oynayıb. Onun son çıxış etdiyi komanda "Neman Qrodno" olub.
Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi "Sabah"da 7 nömrəli formada çıxış edəcək.
XalqTV.com
RƏYLƏR