idman
\"\"Barselona\"dan özüm imtina etdim\"
"Atletiko Madrid" klubunun hücumçusu Antuan Qrizmann "Barcelona"ya transferdən imtina etməsindən danışıb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, fransalı futbolçu verdiyi qərarın düzgün olduğunu vurğulayıb. "Barcelona klubundan mən özüm imtina etdim.Verdiyim qərarla qürur duyuram. Hazırda Atletico -da yeni mövsümə hazırlaşıram.Tezlikə bizi Avropa superkuboku uğrunda mübarizə gözləyir. Kuboku qazanacağımıza əminəm",- deyə Qrizmann bildirib Xatırladaq ki, "Barselona" mövsümün sonunda Qrizmann-ın transferinə 100 milyon avro xərcləmək niyyətində olduğunu açıqlamışdı. Lakin fransalı futbolçu təklifi rədd edərək "Atletiko"da qalmağı məqbul saymışdı.
XalqTV.com
RƏYLƏR