idman
İslandiya millisinin baş məşqçisi istefa verdi
Heymir Hadlqrimsson futbol üzrə İslandiya milli komandasının baş məşqçi postunu tərk edib.
XalqTV.com report.az-a İslandiya istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis başa çatan müqaviləsinin müddətini uzatmayıb.
Hadlqrimsson 2011-ci ildən məşqçi kimi çalışdığı yığmaya 2014-cü ildə baş məşqçi təyin olunub. Komanda onun rəhbərliyi altında AÇ-2016-da debüt edib və 1/4 finala qədər irəliləyib. DÇ-2018-də isə islandiyalılar yer aldıqları D qrupunda 1 xalla sonuncu yeri tutub.
Qeyd edək ki, 14 iyun - 15 iyulda Rusiyada keçirilmiş mundialdan sonra İslandiya yığmasının qapıçısı Hannes Halldorsson "Qarabağ"a transfer olunub.
XalqTV.com
RƏYLƏR