idman

Millimizin son iki ev oyununun stadionu dəqiqləşdi

  • 18 Jul 2018
  • 156164 baxış

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2019-un seçmə mərhələsində keçirəcəyi son iki ev oyununun yeri dəqiqləşib.

XalqTV.com apasport.az-a istinadən bildirir ki, Rəşad Sadıqovun yetirmələri doğma azarkeşlər önündəki sonuncu iki görüşünü "Dalğa Arena"da keçirəcək.

Yığmamız sentyabrın 6-da İsrail, 11-də Norveçi bu stadionda qəbul edəcək.

Komandamız seçmə mərhələnin əvvəlki üç qarşılaşmasını da bu arenada keçirib. İrlandiyaya 1:3, Almaniyaya 0:7 hesabı ilə uduzan komandamız Kosovo ilə qolsuz heç-heçə edib.

Qeyd edək ki, 5-ci qrupda son matçını oktyabrın 16-da Norveçdə keçirəcək yığmamız 7 oyundan sonra 1 xalla sonuncu pillədə qərarlaşıb.

XalqTV.com 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/18/cached-xeber-16823-millimizin-son-iki-ev-oyununun-stadionu-deqiqleshdi..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11