Dünya

Tramp: \"Məni ona görə tənqid edirlər ki...\"

  • 18 Jul 2018
  • 156951 baxış

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Helsinkidə birgə mətbuat konfransından sonra onun ünvanına yönəlmiş tənqidlərin səbəbini açıqlayıb.

XalqTV.com Trend-in məlumatına görə, ABŞ lideri bu barədə özünün "Twitter" səhifəsində yazıb.

D.Tramp bütün bu tənqidlərin onun V.Putinlə "yaxşı münasibəti" ilə bağlı olduğunu qeyd edib.

>

O yazıb: "Görüşümüz yaxşı keçdi. Çox məsələləri müzakirə etdik və bu, boks matçı görmək istəyən paxılları narahat etdi".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR