\"Qarabağ\": Mərhələ keç, səpələn!
İyulun 23-də Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq.
XalqTV.com apasport.az-a istinadən bildirir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə 6 cütlük müəyyənləşəcək.
Bunların tərkibi mübarizəyə birbaşa II raunddan qatılan iki klub və 10 cütlükdən ibarət olacaq. Belə ki, II təsnifat mərhələsi başlamamışdan baş tutacaq püşkatmaya həmin raundun cütləri qatılacaq.
Azərbaycan çempionu "Qarabağ" bu gün Sloveniya "Olimpiya"sını keçsə, "Kukesi" ilə cütlük şəklində püşkdə iştirak edəcək. Sloveniyada 1 qolla qalib gələn Qurban Qurbanovun yetirmələri bunu bacarsa, püşkatmada səpələnmişlərdən olacaq.
Çünki təmsilçimiz 3-cü raundun ən reytinqli 6 komandasından biridi. "BATE" ilə eyni əmsala malik komandamız əlavə göstəricilərdə belarusluları qabaqlayır.
"Qarabağ"ın səpələnmişlər sırasında düşmək şansı qazanması "APOEL"in büdrəməsi sayəsində mümkün olub. Daha yüksək reytinqə malik kiprlilər gözlənilmədən "Suduva" ilə dueldə mübarizəni dayandırıb.
Qeyd edək ki, "Qarabağ" - "Olimpiya" matçı saat 21:00-da başlayacaq.
Çempionlar Liqası
II təsnifat mərhələsi
Səpələnmişlər
"Zalsburq" (Avstriya)
"Lüdoqorets" (Bolqarıstan) - "Videoton" (Macarıstan) cütünün qalibi
"Seltik" (Şotlandiya) - "Alaskert" (Ermənistan) cütünün qalibi - "Valyur" (İslandiya) - "Rusenborq" (Norveç) cütünün qalibi
"Legiya" (Polşa) - "Spartak" (Slovakiya) - "Zrinski" (Bosniya və Herseqovina) cütünün qalibi
"Astana" (Qazaxıstan) - "Sutyeska" (Monteneqro) cütünün qalibi - "Midtulland" (Danimarka)
"Qarabağ" (Azərbaycan) - "Olimpiya" (Sloveniya) cütünün qalibi - "Kukesi" (Albaniya)
Səpələnməmişlər
BATE (Belarus) - HİK (Finlandiya) cütünün qalibi
"Dinamo" (Xorvatiya) - "Hapoel" (Beer-Şeva, İsrail) cütünün qalibi
"Şerif" (Moldova) - "Torpedo" (Gürcüstan) cütünün qalibi - "Şkendiya" (Makedoniya)
"Malmö" (İsveç) - ÇFR (Rumıniya) cütünün qalibi
"Srvena Zvezda" (Serbiya) - "Suduva" (Litva) cütünün qalibi
AEK (Yunanıstan)
XalqTV.com