Dünya
Kərkükdə ardıcıl üç güclü partlayış baş verib
İraqın şimalında, Kərkük şəhərində ardıcıl üç güclü partlayış baş verib.
XalqTV.com APA-ya istinadən bildirir ki, partlayışlar Kərkükün mərkəzində, Bağdada gedən yolda və şəhərin Dümeyz rayonunda qeydə alınıb.
İlkin məlumata əsasən, hadisə nəticəsində 8 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir.
>Partlayışlara görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.
XalqTV.com
RƏYLƏR