Avropa Liqası: ÇL-in uğursuzlarından ibarət 9 cüt
Avropa Liqasının II təsnifat mərhələsinin Çempionlar yolunun cütləri müəyyənləşib.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, Çempionlar Liqasının ilkin və I təsnifat mərhələsində uduzan komandalar mübarizəni Avropa Liqasında davam etdirəcək.
Bu komandalardan 18-i II təsnifat mərhələsində 9 cüt təşkil edib. Başa çatan 1-ci raundda ən reytinqli komandaya - Polşa "Legiya"sına uduzan "Kork Siti" (İrlandiya) isə birbaşa III
təsnifat mərhələsinə yollanıb.
Avropa Liqası
Çempionlar yolu
II təsnifat mərhələsi
"Olimpiya" (Sloveniya) - "Kruzaders" (Şimali İrlandiya)
"Torpedo" (Kutaisi, Gürcüstan) - "Vikinqur" (Farer adaları)
TNS (Uels) - "Linkoln" (Cəbəllütariq)
APOEL (Kipr) - "Flora" (Estoniya)
"Düdelanj" (Lüksemburq) - "Drita" (Kosovo)
"Spartak" (Latviya) - "La Fiorita" (San-Marino)
"Zrinski" (Bosniya və Herseqovina) - "Valletta" (Malta)
"Sutyeska" (Monteneqro) - "Alaşkert" (Ermənistan)
"FK Santa Koloma" (Andorra) - "Valyur" (İslandiya)
XalqTV.com