"Ermənistan xüsusi xidmət orqanları Martirosyanı aradan götürə bilər"
Ukraynada siyasi qətllər adi hala çevrilib. Deputatlar həlak olanda (misal üçün, Kiyevin mərkəzində güllələnmiş RF Dövlət Dumasının deputatı Denis Voronenkov) artıq heç kim təəccüblənmir. Jurnalistləri, məmurları, vəkilləri öldürəndə təəccüblənmirlər. Çətin ki, Ermənistan xüsusi xidmət orqanları Ukraynada "Ermənistan və Azərbaycan arasında sülh naminə platforma"nın keçmiş iştirakçısı Vahan Martirosyanı öldürsələr, kimsə təəccüblənsin.
XalqTV.com virtualaz-a istinadən xəbər verir ki, erməni yazıçı, hüquq müdafiəçisi və ictimai fəalı "Facebook"dakı səhifəsində Vahan Martirosyanın Bakının təşəbbüsü ilə irəli sürülmüş sülh prosesinin yalan olmasını dediyi videonu şərh edərkən belə deyib. Avetyanın sözlərinə görə, erməni xüsusi xidmət orqanları Martirosyanı hələ Yerevanda "ələ keçirib" Bakıya göndəriblər və bununla onillərlə mənəvi, fiziki və digər mənalarda məhv etdikləri sülhməramlılara "alternativ" yaradıblar.
Avetyan deyir ki, Bakıya gələrkən tənhalığı üstün tutub və razı olmayıb ki, Martirosyan onunla birlikdə Xocalı şəhidlərinin abidəsi önünə getsin.
V.Avetyanın fikrincə, Martirosyan faktiki olaraq heç kimə lazım deyilsə (hamını sata bilən insanlar qiymətləndirilmir), onun aradan götürülməsini gözləmək olar. Hazırda yaşadığı Ukraynada bunu etmək o qədər də çətin deyil. Və bu işdə maraqlı tərəf Ermənistan olacaq.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində