idman

Ramil Quliyev Brilliant Liqada ikinci oldu

  • 21 Jul 2018
  • 155162 baxış

Türkiyə yığmasında çıxış edən azərbaycanlı atlet Ramil Quliyev Brilliant Liqada 200 metr məsafəyə qaçışda ikinci olub.

XalqTV.com report-a istinadən xəbər verir ki, 28 yaşlı idmançı Fransanın Monako təşkil olunan yarışda 19.99 saniyə ilə ikinciliyi əldə edib. 

ABŞ təmsilçisi Noy Layls 19.65 saniyə ilə birinci, ekvadorlu Aleks Kinones isə 20.03 saniyə ilə üçüncü olub.

Qeyd edək ki, Ramil Quliyev ötən il İngiltərənin paytaxtı Londonda dünya çempionu olub. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR