idman

Messi hər kəsin önündə baş məşqçisini biabır etdi

  • 21 Jul 2018
  • 418 baxış

"DÇ-2018"də çıxışı işə azarkeşləri məyus edən Argentina millisi qrupdan çətinliklə çıxsa da, 1/8 finalda Fransaya 3:4 hesabı ilə yenilərək mübarizəni dayandırmışdı. 

Uğursuzluqdan sonra istefaya göndərilən baş məşqçi Xorxe Sampaoli haqqında bir çox iddialar səslənmişdi. Hətta onun heyəti Lionel Messinin istəyi ilə qurduğu bildirilirdi.

XalqTV.com fanat.az-a istinadən xəbər verir ki, bu iddialarla bağlı Argentinanın aparıcı media qurumlarından olan "TYC Sports" Messi və Sampaoli arasında Xorvatiya matçından sonra paltardəyişmə otağındakı mübahisə ilə bağlı məlumat yayıb.

İddiaya görə, 0:3 hesablı məğlubiyyətdən sonra Messi hər kəsin önündə qışqıra-qışqıra Sampaoliyə bu sözləri deyib: 

"Məndən ən azı 10 dəfə hansı futbolçunu ilk "11-lik"də görmək istədiyimi soruşdun. Heç birində ad çəkmədim. Əgər kiminsə adını çəkmişəmsə, bütün komandanın önündə de".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/18/cached-xeber-16886-messi-her-kesin-onunde-bash-meshqcisini-biabir-etdi..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11