Dünya

Müsəlmanı inəyə görə döyüb öldürdülər

  • 21 Jul 2018
  • 152842 baxış

Hindistanın Racastan ştatının Alvar bölgəsində bir neçə hindus inək qaçaqmalçılığında şübhəli bildikləri müsəlmanları vəhşicəsinə döyərək öldürüblər.

XalqTV.com The Hindu-ya istinadən bildirir ki, 28 yaşlı fermer Əkbər Xan  və qaçıb canını qurtara bilmiq bir şəhxs yaşadıqları kəndə inək aparanda onlara 5 hindus hücum edib. Polis yerinə gəlmiş polis Əkbəri Ramqarhdakı xəstəxanaya aparsa da, döyülmüş müsəlman yolda keçinib.

"İstintaq aparırıq, şübhəlilər tutulacaq", - polisin açıqlamasında deyilir.

Feruzpur Cirkanın sakini olan Əkbər Xanın ailə üzvləri canilərin tapılmasını tələb edirlər.

İnəyə "ziyan vurulması"na görə döyülmələr və qətllər Hindistanda 2014-cü ildə Nerendra Modinin baş nazir seçilməsindən sonra geniş yayılmış hala çevrilib. N.Modi millətçi Hind Xalq Partiyasının lideridir.

>

2017-ci ildə Qucarat ştatında iribuynuzlu davarın öldürülməsinə görə cəzanın ömürlük həbsədək artırılması barədə qanun qəbul olunub.

Sallaqxanaya davar aparanı isə nəqliyyat vasitəsinin müsadirəsi və 100 min rupi, yəni 1500 dollar cərimə gözləyir.

İnək hinduslar üçün müqəddəs heyvandır. İnəyin öldürülməsi Hindistandakı 36 ştatdan 20-də qəti qadağan olunub.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR