idman

\"Real\"dan transferlərə 300 milyon avro

  • 21 Jul 2018
  • 154519 baxış

"Real" heyətini ulduz futbolçularla gücləndirmək üçün 300 milyon avro büdcə ayırıb.

XalqTV.com qol.az-a istinadən  xəbər verir ki, komandanın qol silahı Kriştianu Ronaldunun "Yuventus"a keçməsindən sonra  Madrid klubu transfer siyahısına bir çox ulduz oyunçu daxil edib.

Siyahının ilk pilləsində "PSJ"nin hücumçusu Kilian Mbappe yer alıb. Madrid klubunun fransalı oyunçu üçün Paris təmsilçisinə 300 milyon avro təklif etdiyi iddia olunub. Digər namizədlərin Eden Azar("Çelsi") və  Harri Keyn ("Tottenhem") olduğu bildirilib. Neymar (PSJ) və Robert Levandovski ("Bavariya") də "Real"ın gündəmində olan futbolçular sırasındadır.

"Kral klubu"nun bu oyunçulardan ən azı ikisinin transfer edəcəyi iddia olunur.

XalqTV.com 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR