idman
\"Real\" yeni \"7 nömrəsi\"ni seçdi - FOTO
"Real"da 7 nömrənin yeni sahibi müəyyənləşib.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, "kral klubu" boş qalan nömrəni yeni transfer üçün ayırmayacaq.
Belə ki, Kriştianu Ronaldonun daşıdığı nömrəni bundan sonra gənc yarımmüdafiəçi Marko Asensio geyinəcək. 22 yaşlı futbolçu indiyə qədər 20 nömrə altında çıxış edirdi.
Qeyd edək ki, "Real"da "7"ni Raymon Kopa, Amansio Amoro, Xuanito, Emilio Butrageno və Raul Qonzales kimi əfsanəvi futbolçular da geyiniblər.
XalqTV.com
RƏYLƏR