Xəbərlər
İkinci dəfə ürəyindən əməliyyat olundu
Üç il əvvəl infarkt keçirən və əməliyyat olunaraq ürəyinə süni qapaq qoyulan aktyor Peker Açıkalın növbəti dəfə əməliyyat masasına uzanıb.
Xalq TV “Sözcü”yə istinadən xəbər verir ki, aktyorun ürəyinə qoyulan qapaq yenilənib. Qızları Narin və Perim Açıkalını xəstəxanada tək qoymayıb. Onun ziyarətində aktyor Ali Sürmeli də olub.
Peker əməliyyatdan öncə sosial şəbəkədə bunları yazıb:
“Mühərriyin baxımına girirəm. Sabah əməliyyatım var. Dedim qoy paylaşım, dua gəlsin, mesaj yollasınlar, mənə yaxşı olsun”.
RƏYLƏR