Dünya

Mourinyo futbolu Formula1-ə dəyişdi

  • 29 May 2017
  • 224 baxış

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo Formula1-in Monako Qran-prisinin təsnifat mərhələsini izləyib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Mourinyonu Monakoya "Red Bull Racing" klubu dəvət edib. O, burda pilotlarla - Maks Ferstappen və Daniel Rikkardo ilə görüşüb.

O, jurnalistlərə 1 ay ərzində futbolla maraqlanmayacağını bildirib: "Bir ay ərzində futbolla maraqlanmayacam. Hazırda futboldan tamamilə təcrid olunmaq, başqa işlərlə məşğul olmaq zamanıdır. Ailənin, dostların arasında olmaq, istirahət etmək lazımdı. Bu, çox vacibdir".

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR