idman
Poqba əvvəlki komandasına qayıtmaq istəyir
"Mançester Yunayted"in futbolçusu Pol Poqba komandanı tərk etmək istəyir.
XalqTV.com komanda.az-a istinadən xəbər verir ki, Poqba Joze Mourinyonun rəhbərliyi altında oynamaq niyyətində deyil. O, əvvəlki klubuna - "Yuventus"a qayıtmaq istəyir.
"Marca"nın iddiasına görə, Poqba bu istəyi ilə bağlı "Mançester Yunayted" rəhbərliyinə xəbərdarlıq edib. Rəhbərliyə onun istəyini agenti Mino Rayola çatdırıb.
XalqTV.com
RƏYLƏR