idman
Rusiyalı sabiq futbolçu məşqçiliyə başladı
Rusiya milli komandasının və "CSKA"nın sabiq futbolçusu Sergey İqnaşeviç məşqçilik karyerasına başlayıb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 39 yaşlı veteran müdafiəçi "CSKA"nın gənclər komandasında çalışacaq. O, baş məşqçi Andrey Aksyonovun köməkçisi olacaq.
Sergey İqnaşeviç DÇ-2018-in 1/4 finalında Xorvatiyaya penaltilər seriyasında uduzduqları görüşdən sonra futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
XalqTV.com
RƏYLƏR