Dünya

Azərbaycan Beynəlxalq Bankının Gürcüstandakı filialı BAĞLANDI

  • 25 Jul 2018
  • 154946 baxış

Azərbaycan Beynəlxalq Bankının Gürcüstan nümayəndəliyinin lisenziyası ləğv olunub.

XalqTv.com APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankı məlumat yayıb.

Məlumata əsasən, bank ləğv olunma prosesindədir və Roin Tsatsiaşvili banka ləğvedici təyin olunub.

Qeyd edək ki, ABB-nin Gürcüstan filialı 2007-ci ildən fəaliyyət göstərib. Bu ilin martında ABB Gürcüstan və Rusiya bazarlarını tərk etmək barədə qərar qəbul edib.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR