Xəbərlər

Hacıqabulda ölən 3 nəfərin ADLARI - YENİLƏNİB - FOTO

  • 01 Aug 2018
  • 155002 baxış

10:01

Hacıqabul rayonunda yük avtomobili ilə minik maşının toqquşması nəticəsində ölənlərin və yaralananların kimliyi məlum olub.

XalqTv.com report-a istinadən xəbər verir ki, qəza nəticəsində Rizav Əlizadə, Samayə Əliyeva və Xatirə Əliyeva ölüblər. 

Müşviq Əliyev, Əliqardaş Əlizadə, Nərmin Əlizadə və Ömər Əlizadə isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Ölənlər və yaralananlar bir-birinə qohumdurlar.

Məlumata görə, yüksək sürətlə hərəkət edən BMW markalı avtomobil "KamAZ" markalı yük avtomobilinin arxasına çırpılıb. Ölənlərdən ikisi hadisə yerində, biri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Xəstəxanaya yerləşdirilən yaralıların ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-17138-xalqtv..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11