Dünya

Dodon Rusiya diplomatlarının qovulmasını pisləyib

  • 29 May 2017
  • 277 baxış

Moldova prezidenti İqor Dodon avropayönlü partiyaların koalisiyasından ibarət hökumət tərəfindən Rusiyanın Kişinyovdakı səfirliyinin 5 əməkdaşının "persona non qrata" elan edilməsini pisləyib.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, İ.Dodon bildirib ki, hökumətin qərarı Rusiya ilə münasibətlərin bərpasına qarşı yönəlib.

"Düşünürəm ki, bu mənim Kreml ilə konstruktiv dialoqumdan narahat olan qərbin, ilk növbədə ABŞ-ın sifarişidir. Əminəm, onlar bununla ölkəmizi və xalqımızı necə mürəkkəb və riskli vəziyyətə gətirdiklərini anlamırlar.  Bu kobud şəkildə atılan addım mənfi nəticələrsiz qalmayacaq", deyə İ.Dodon bildirib.
 
Qeyd edək ki, bu gün beş rusiyalı diplomatdan Moldovanı tərk etmək tələb olunub.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/05/18/cached-xeber-1714-dodon-rusiya-diplomatlarinin-qovulmasini-pisleyib..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11