Dünya
2 ton kokaini daşıyan gəmi saxlanıldı
Kosta-Rika sahil mühafizə xidməti uğurlu əməliyyat keçirib.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, xidmət 2 tona yaxın kokaini daşıyan gəmini saxlayıb.
Bildirilir ki, əməliyyat ABŞ tərəfindən ötürülmüş informasiya əsasında keçirilib.
>Gəmi Sakit okean sularında saxlanılıb.
Əməliyyat zamanı 3 ekipaj üzvü də saxlanılıb. Saxlanılanların hamısının Kolumbiya vətəndaşları olduğu bildirilir.
XalqTV.com
RƏYLƏR