Dünya
Amerikada tanınmış idmançını polis saxladı
Amerikalı qolfçu Tayqer Vuds Floridada avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə həbs olunub.
XalqTV.com report-a istinadən xəbər verir ki, polis əməkdaşları idmançını yerli vaxtla təqribən gecə saat üçdə saxlayıblar.
O, 7 saat polis məntəqəsində olub və 10:50-də sərbəst buraxılıb. Qolf ustasını hansı cəza gözlədiyi barədə məlumat verilmir.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR