SAĞLAMLIQ

Limonun inanılmaz faydaları

  • 30 May 2017
  • 346 baxış

Limon qoxusu sadəcə xoş təəssürat oyatmaqla kifayətlənmir, səhhətə də faydalıdır. 
Xalq TV-nin Axsam az istinadən verdiyi məlumata görə limonun faydaları haqda məlumat təqdim edir: 

Gərginliyi azaldır: 

Stress hər birimizin problemidir. Səhərədək yerimizdə qurcalanmağın səbəbi də stressdir. Lakin komodun üstünə qoyulmuş limon dilimləri biz yuxuda ikən bu stressi aradan götürür və rahat yuxunu təmin edir. 

Diqqəti toplamağa kömək edir: 

Yatmazdan əvvəl hər birimiz müəyyən bir məsələ haqda düşünür, diqqətimizi ona cəmləməyə çalışırq. Ancaq davamlı olaraq hansısa məsələdən narahatsınızsa və üstəlik yuxusuzluq probleminiz varsa, psixoloji gərginlik yaranır. Limon isə bu diqqət dağınıqlığını aradan qaldırır. 

Daha yaxşı nəfəs almağı təmin edir:

Yatarkən burnunuz tutulursa, antioksidan və antibakterial limon qoxusu köməyinizə çata bilər. 

Ağcaqanadları uzaqlaşdırır: 

Ağcaqanadlar gecə boyunca sizi narahat edirsə və sancırsa onlardan qurtulmağın ən asan yolu baş ucuna qoyulmuş limondur. Limon ağcaqanadların sevmədiyi meyvədir. 

Sabah daha enerjili və gümrah oyanacaqsınız: 

Gecə boyunca yaxınlığınızda olan limon səhər gümrah və enerjili oyanmağınızı təmin edir. Bundan başqa yuxudan erkən dura bilməyənlər də limon qoxusu sayəsində rahatlıqla oyana biləcəklər. 

Havanı təmizləyir: 

Limon təkcə otağa xoş qoxu yaymır, eyni zamanda havanı təmizləyir. Hətta yeni boyanmış otağın qoxusunu aradan qaldırmaq üçün limondan istifadə edilə bilər. 

Qan təzyiqini azaldır: 

Qan təzyiqindən əziyyət çəkən insanlar üçün ən yaxşı vasitə limondan başqası deyil.
 
İştah açır: 

Limon iştah açmaqla yanaşı, həzm sisteminin normal fəaliyyətini tənzimləyir. 

Qripin dərmanıdır: 

Soyuqdəymə, öskürək zamanı limonun faydası inanılmazdır. Mikrobları öldürür. 

Digər faydaları:

Bədəndəki ağrıları aradan qaldırır, hərarəti və təzyiqi endirir. 

Qanı təmizləyir və qan dövranınını yaxşılaşdırır. 

Bundan başqa, sidik kanalındakı infeksiyaları təmizləyir. 

Üzdəki sızanaqları müalicə edir. Ürək bulanması və baş gicəllənməsini aradan götürür. 

Qarqara üçün də istifadə olunur: dişləri ağardır, diş minasını gücləndirir.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45892 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 775 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 780 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 753 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 852 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO