idman

Almaniyada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş boks turniri - FOTO

  • 08 May 2017
  • 285 baxış

Almaniyanın Weiswasser şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş peşəkar boks turniri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən XalqTV.com-a verilən məlumata görə, turnirin açılışına Almaniya və Azərbaycan himnlərinin səsləndirilməsi start verilib. Çempionatın açılış mərasimində şəhər meriyasının rəhbəri Torsten Plötzş, Azərbaycan diasporunun nümayəndələri və Azərbaycanın Almaniyadakı Səfirliyinin əməkdaşları da iştirak edib.

Artıq Almaniyada ənənə halını almış boks turnirində müxtəlif ölkələrin boksçuları peşəkar rinqdə öz güclərini sınayıb. Ukraynalı boksçu Roman Qolovaşenko Almaniya boksçusu Kai Kurzava, Tino Froehliş və Dominik Kosel Heydər Əliyevin adını daşıyan Dünya və beynəlxalq kəmərləri uğrunda mübarizə aparıblar. Həmyerlimiz Vüsal Əliyev, Malik Məmmədzadə, Loğman Bayramov peşəkar rinqdə rəqiblərinə qalib gəliblər.

Boks turniri Alman-Azərbaycan Cəmiyyəti və 2012-ci ildə Maqdeburq şəhərində təsis olunmuş Heydər Əliyev adına WBCA (World Boxing Committee H.Aliyev) tərəfindən keçirilir.

Zəfər Tağı

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/23/cached-xeber-175-almaniyada-umummilli-lider-heyder-eliyevin-xatiresine-hesr-olunmush-boks-turniri---foto..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11