Hadisə

Şəmkirdə bir ailənin üzvü qəzaya düşüb, 5 nəfər xəsarət alıb

  • 07 Sep 2018
  • 53493 baxış

Şəmkir rayonunda yol qəzası baş verib. 

XaqTv.com report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Tovuz rayon sakini, 1981-ci il təvəllüdlü Asif Nəsirəddin oğlu Cəfərovun idarə etdiyi "VAZ" markalı avtomobil digər avtomobillə toqquşub. Nəticədə onun özü, həyat yoldaşı, 1984-cü il təvəllüdlü Ramilə Cəlal qızı Nağıyeva və övladları - 2009-cu il təvəllüdlü İlkin Asif oğlu Cəfərli və 2007-ci il təvəllüdlü Lalə Asif qızı Cəfərova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir. 

Bundan başqa, qəza zamanı digər avtomobilin sürücüsü də xəsarət alıb. O, yaxınlarının köməyi ilə Gəncə şəhərindəki xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/18/cached-xeber-17501-xalqtv..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11