Dünya

FƏTVA: "Orucu yalnız varlı müsəlmanlar tutmalıdır" - VİDEO

  • 30 May 2017
  • 210 baxış

Beynəlxalq Müsəlman Alimlər Birliyi oruc tutulması ilə bağlı qeyri-adi fətva verib.

XalqTV.com apa.tv-ə istinadən xəbər verir ki, birliyin rəhbəri və Avstraliya müftisi Mustafa Rəşid ABŞ telekanallarından birinə verdiyi müsahibədə orucun ancaq varlılar üçün vacib olduğunu deyib. Kasıblar isə könüllü şəkildə oruc tuta bilər.
 
Müfti fərqli ölkələrdə kasıblığın da fərqli olacağını, Misir üçün aylıq qazancı 500 dolları keçməyən birinin kasıb sayılacağını deyib: "Orucun məqsədi kasıbın qarnını doyurmaqdır və bir insan hər gün bir kasıbın qarnını doyurursa, bu, ən yaxşı orucdur".
 
Bununla belə, fətvanın kasıb insanlara orucu buraxmaq çağırışı anlamı daşımadığını, əsl məqsədin orucun prinsiplərinin anlaşılması olduğu bildirilib.
 
Başqa din alimləri isə fətvanın İslam hüququna uyğun olmadığını, ağlı başında olan, səyahət etməyən və sağlam hər müsəlmanın oruc tutmasının lazım olduğunu bildirir.
 
Müfti Mustafa Rəşid maraqlı yanaşmaları ilə tanınır. O, bir müsəlmanın sərxoş olmadıqca alkoqol istifadə edə biləcəyini deyir.

XalqTV.com

Videonu izləmək üçün şəklə klikləyin:

/> vspace="5" z="" />

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR