Xəbərlər
Kök pişik 8-ci mərtəbədən kişinin başına düşdü: xəstəxanalıq oldu
XalqTv.com-un Sonxeber.az-a istinaden verdiyi məlumata görə, kök bir pişik hündürmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindən küçə ilə keçən bir adamın başına düşüb.
İtaliyanın Torino şəhərində baş verib. Çəkisi 5,8 kiloqram olan pişik hadisədən sonra ölüb, yaralı şəxs isə xəstəxanaya aparılıb.
Onurğasından və boynundan ciddi xəsarət alan 56 yaşlı kişi pişiyin sahibini məhkəməyə verib. O, heyvanın sahibini ona yaxşı baxmamaqda və insanlara zərər vurmaqda günahlandırıb.
Məhkəmənin qərarı ilə qadına pul cəzası verilib.
Mənbə:
Sonxeber.az
RƏYLƏR