idman
"Barselona"nın futbolçusu hesabı ödəməkdən imtina etdi - Polis çağırdılar
"Barselona"nın futbolçusu Munir Əl-Həddadi qalmaqala səbəb olub.
Xalqtv.com Milli.Az-a istinadən xəbər verir ki, Munir qalmaqalı doğum günündə törədib. O, 23 yaşını Madriddəki məşhur "Tiffany" barında qeyd edib. Futbolçu ad günü mərasiminə 40-a yaxın qonaq çağırıb. Sonda ofisiant 16 min avroluq çek təqdim edib. Ancaq Munir hesabı ödəməkdən imtina edib.
Barın rəhbərliyi polisə müraciət etmək məcburiyyətində qalıb. Polis bara gəldikdən sonra Munir hesabı ödəməli olub. Çekə nəzər saldıqda məlum olub ki, onun qonaqları çoxlu yemək, içki və qəlyan sifariş ediblər.
Munir müqavilə ilə "Barselona"ya məxsus olsa da, son iki mövsümü icarə əsasında "Valensiya" və "Alaves"də keçirib.
RƏYLƏR