Mədəniyyət

Tanınmış rejissor vəfat etdi

  • 13 Sep 2018
  • 596 baxış

Tanınmış teatr rejissoru Ədalət Ziyadxanov vəfat edib.

Xalqtv.com Milli.Az-a istinadən xəbər verir ki, bu barədə əməkdar artist Elxan Rza sosial şəbəkə hesabında məlumat verib.

Qeyd edəki ki, Ə.Ziyadxanov 1946-cı ildə Bakıda anadan olub. Uşaqlıqdan sənətə meyl edib. Əvvəllər Şəki Teatrında rejissor, Ağdam Teatrında baş rejissor işləyib. 

"Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışıb. Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. 

Ə.Ziyadxanovun Bakı Bələdiyyə teatrında səhnələşdirdiyi Aqşin Babayevin "Oğul" əsəri "Dərviş" mükafatına layiq görülüb. Tamaşalarının çox hissəsi Azərbaycan televiziyasının Qızıl fondunda saxlanılır.

Allah rəhmət eləsin!

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/18/cached-xeber-17668-xalq-tv..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11