Siyasət

"Washington Times": Azərbaycanla sülh Ermənistanda demokratiyanın ilkin şərtidir

  • 13 Sep 2018
  • 157613 baxış

Azərbaycanla sülh Ermənistanda demokratiyanın ilkin şərtidir.

XalqTv.com Milli.Az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Xarici Siyasət Şurasının baş elmi işçisi Stiven Blankın "Washington Times" qəzetində dərc olunan məqaləsində deyilir.

Müəllif qeyd edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanla danışıqlar aparmaq niyyətində olmadığını təsdiq edən çoxlu bəyanatlar verib:

"Bununla belə, Paşinyan istəmədən də olsa, öz demokratik kampaniyasını təhlükə altına qoyub. Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdə bu ölkədə sülh olmayacaq. Azərbaycanla sülh Ermənistanda demokratiyanın ilkin şərtidir".

Məqalədə qeyd olunur ki, sülh Ermənistanın demokratikləşdirilməsi, irəli getməsi üçün yeganə zəmanətdir:

"Paşinyan Nyu Yorkda prezident Trampla görüşmək istəyir. Amma bu görüş baş tutanadək Paşinyan ABŞ-a onu dəstəkləməsi üçün səbəblər göstərməlidir".

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/18/cached-xeber-17687-xalq-tv..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11