idman

Milli Gimnastika Arenası IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşır - FOTO

  • 08 May 2017
  • 305 baxış

Azərbaycan paytaxtı IV İslam Həmrəyliyi Oyunları çərçivəsində gimnastika yarışlarını qəbul etməyə hazırlaşır.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, Milli Gimnastika Arenasında yarışlara hazırlıq tam gücü ilə davam edir. Artıq yarış zalında gimnastika alətləri quraşdırılıb. Hazırda idmançılar son məşqlərini edirlər.

Milli Gimnastika Arenasının qarşısında yerləşən Atletlər kəndi də ilk iştirakçılarını qəbul etməyə hazırlaşır. Artıq sabahdan Azərbaycan gimnastları Atletlər kəndində qalacaqlar.

Mayın 10-da bədii gimnastika üzrə podium məşqləri keçiriləcək.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları çərçivəsində mayın 12-14-də bədii gimnastika, 13-15-də isə idman gimnastikası üzrə yarışlar keçiriləcək.

Milli Gimnastika Arenasından fotoları təqdim edirik:

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/23/cached-xeber-178-milli-gimnastika-arenasi-iv-islam-hemreyliyi-oyunlarina-hazirlashir---foto..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11