Xəbərlər

Badamdarda evlərin hasarındakı çatların üzərində mayaklar quraşdırılıb

  • 15 Oct 2018
  • 494 baxış

13:47

Oktyabrın 15-i saat 12:00-a olan məlumata görə, Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında aparılan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik davam edir.

Bu barədə XalqTv.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, nazirliyin ərazidə yaratdığı Qərargahda olan əməkdaşlar ərazinin üst hissəsindəki evlərin hasarlarına qoyulmuş gips mayaklarda dəyişiklik müşahidə etməyib.

----------
09:45

Oktyabrın 14-dən 15-nə keçən gecə Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə kütləsi üzərində xırda uçqun prosesi davam edib.

XalqTv.com xəbər verir ki, bunu report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, gecə saatlarında nazirlik əməkdaşları sürüşmənin qarşı tərəfində olan yaşayış evlərinin hasar divarlarındakı çatların üzərində gips mayaklar quraşdırıb: "Mayaklar oradakı gərginlik və dinamikanın müşahidə edilməsi üçün quraşdırılıb".

Nazirlik rəsmisi qeyd edib ki, qərargah üzvləri ərazidə növbətçilik əsasında müşahidələri davam etdirir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə Trend-ə verilən məlumata görə, sürüşmə zonasında nisbi stabiillik qalmaqdadir.

Sürüşmə kütləsi üzərində vizual hiss olunan dəyişiklik baş verməyib. Kütləni təşkil edən pozulmuş süxurların ara-sıra yamac boyu hərəkəti qeydə alınıb.

Qeyd edək ki, Badamdar bu gün 20-ci sahə yolu kənarında baş verən sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Qərərgah yaradılıb.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-17825-xalqtv..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11