Mədəniyyət

“Yeni hekayələr” sərgisinin bağlanış mərasimi keçiriləcək

  • 17 Oct 2018
  • 15261 baxış

Oktyabrın 19-da “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Artım rooms” layihəsi çərçivəsində “Yeni hekayələr” adlı sərgisinin finisaj tədbiri keçiriləcək.

XalqTv.com xəbər verir ki, ikinci layihə-sərgisində rəssamlar Füzuli Əliyev, Mina Abbasova, Vüsal Əhmədov, Rizone, Leyla Qabulova, Əhməd Nəbiyev və Roman Qocayevin müstəqil layihələri təqdim olunur. Bir-birindən fərqlənən layihələrdə bioqrafik, psixoloji-mental və sosial paralelləri vurğulamaq olsa da, hər bir layihə digəri ilə bağlı olmayan eksperiment kimi nümayiş etdirilir.

Ziyarətçilər bir daha iştirakçıların işlərini görüb onlar ilə tanış ola bilərlər: Füzuli Əliyev “Əlvida” adlanan envayronmental kompozisiyası; Əhməd Nəbiyev “Özünü qur/ əksolunma” avtobioqrafik kollajı; Vüsal Əhmədovun “Xırdası qalsın” instalyasiyası; Roman Qocayevin “Saçının ucuna zərər gəlməsini istəmərəm, həyatına gəlsə də olar” perfomansı; Mina Abbasovanın “Nəbz” video layihəsi; Rizone “Yarıoyaq” instalyasiyası; Leyla Qabulova “Hibernasiyada” adlı instalyasiyası.

XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/18/cached-xeber-17834-xalqtv..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11