"Hərbidən Qeydlər"
Emin Abdullayevdən şəxsi olaraq XalqTv-yə verilən məlumata görə,oktyabrın 28-də, saat 15:30-dan 18:00-a qədər
"Kitabevim.az" mağazalar şəbəkəsinin "28 May" filialında gənc
yazar Uraqanın (Emin Abdullayev) ilk kitabı "Hərbidən
qeydlər" kitabının təqdimatı olacaq.O,bildirib ki, "XAN" Nəşriyyatında çap
olunan kitabda hərbi xidmətdə yazmış olduğu fəlsəfi düşüncələri, hekayə və məqalələri
yer alıb. Cəmiyyətimizdə qaranlıq qalmış bir çox problemlərə toxunulub, həmin
situasiyaların həll yolları təklif olunub. Maraqlanan hər kəs İmza günündə
iştirak edə bilər. Nəzərinizə çatdıraq ki, əldə etdiyiniz kitabın içindəki əlfəcin
sizə İmza günündə 20 Manat dəyərində hədiyyə kartı qazandıra bilər ki, bununla
da siz "kitabevim.az" mağazalarından 20 manata qədər alış veriş edib
istədiyiniz kitaba sahib ola biləsiniz Kitabın qiyməti 3,50 AZN-dir
Bu çəkilişin öhdəliyini XalqTv öz öhtəsinə
götürmüşdür.Hər birinizi bu təqdimata dəvət edirik.