Dünya

Seul və Vaşinqton dəniz piyadalarının birgə təlimlərinə başlayıb

  • 05 Nov 2018
  • 605 baxış

Seul və Vaşinqton dəniz piyadalarının birgə təlimlərinə başlayıb


Koreya Respublikası və ABŞ yarım illik fasilədən sonra noyabrın 5-də dəniz piyadalarının tabor səviyyəsində müştərək təlimlərinə başlayıb.

XalqTv.com TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Koreya Respublikasının Milli Müdafiə Nazirliyinin məlumatına əsasən, manevrlərdə hər iki tərəfdən 500-ə yaxın hərbçi, həmçinin piyadaların desant-hücum döyüş maşınları iştirak edəcək. ABŞ təlimlərdə Yaponiyada dislokasiya olunan dəniz piyadalarının 3-cü Ekspedisiya Korpusunun hərbçiləri ilə təmsil olunacaq. Koreya Respublikasının cənub-şərqində yerləşən Phohan rayonunda baş tutacaq manevrlərin məqsədi “müştərək müdafiə vəziyyətini gücləndirmək” və qarşılıqlı əlaqə səviyyəsini artırmaqdır.

Qeyd edək ki, 2018-ci ildə 18 belə manevr planlaşdırılsa da, onların bir hissəsi Seul və Pxenyan arasında münasibətlərin istiləşməsi fonunda ləğv olunub. 2019-cu ildə isə dəniz piyadalarının 24 birgə manevri keçirilməlidir.

Seul təlimlərin miqyasının kiçik olması səbəbindən KXDR-in buna tənqidi yanaşmayacağına ümid edir. Bir qədər əvvəl Cənubi Koreya və ABŞ-ın avqust ayına planlaşdırılan miqyaslı “Ulchi Freedom Guardian” və dekabra planlaşdırılan “ВВС Vigilant Ace” təlimləri ləğv edilmişdi.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/05/17/cached-xeber-17936-xalqtv..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11