idman

Azərbaycan Premyer Liqasında onuncu turun rəmzi komandası açıqlanıb

  • 06 Nov 2018
  • 558 baxış

Azərbaycan Premyer Liqasında onuncu turun rəmzi komandası açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun rəmzi komandası müəyyənləşib.

XalqTv.com Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, rəmzi komandada son ölkə çempionu “Qarabağ”dan 6, “Qəbələ”dən 3, “Neftçi”dən 2 futbolçu yer alıb.

“Neftçi”dən Mirabdulla Abbasov beşinci, “Qəbələ”dən Sabian Lilay və “Qarabağ”dan Abbas Hüseynov üçüncü dəfə həftənin komandasına seçiliblər. “Qəbələ”dən Stiven Monroz, Təmkin Xəlilzadə, “Neftçi”dən Tural Axundov, “Qarabağ”dan isə Rahil Məmmədov, Simeon Slavçev və Con Delarj ikinci dəfə rəmzi komandanın “11-liy”də yer alıblar.

“Qarabağ”ın qapıçısı Hannes Halldorsson və müdafiəçi Bədavi Hüseynov ilk dəfə rəmzi komandada qərarlaşıblar.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/18/cached-xeber-17951-xalqtv..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11