idman

"Qarabağ" - "Keşlə" oyununda rekord qeydə alındı

  • 04 Dec 2018
  • 13945 baxış

Topaz Premyer Liqasının 13-cü turunun "Qarabağ" - "Keşlə" matçı mövsümün rekordu ilə əlamətdar olub.

XalqTv.com PFL-in saytına istinadən xəbər verir ki, meydan sahiblərinin 5:1 hesabı ilə qalib gəldiyi qarşılaşma çempionatın ən məhsuldar oyunudur. Bunadək 4 matçda 5 qol vurulsa da, ilk dəfə azarkeşlər 6 qol izləyib.

"Qarabağ" həm də bu mövsümdə bir oyunda 5 və daha çox qol vuran ilk komanda olub. Bunadək 4 top vuran olsa da, artığını heç bir komanda bacarmamışdı. "Keşlə"nin qapısından 3 top keçirən Mahir Mədətov isə mövsümün ilk het-trikinin müəllifi adını qazanıb.

Ağdam klubu mövsümün ən böyükhesablı qələbəsini də təkrarlayıb. Belə ki, çempionatda 3-cü dəfə 4 top fərqi qeydə alınıb. Bunadək "Neftçi" "Səbail"i, "Səbail" "Sabah"ı 4 cavabsız qolla üstələmişdi.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/18/cached-xeber-18066-xalqtv..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11