BMM-da “Şəhid Övladları və Kimsəsiz Uşaqlara Yardım İctimai Birliyi” tədbiri keçirildi.
Bu
gün(08.12.2018) XalqTV-nin efirində
yayımlanan “Günü Bu Gün” adlı verlişi,2016-cı il aprel ayının 2-dən 5-nə kimi
davam edən döyüşlərdə 90-na yaxın şəhid olmuş igidlərimiz arasında, şəhid Təbriz
Musazadənin həyat yoldaşı,Pərişan Musazadə “Şəhid Övladları və Kimsəsiz Uşaqlara
Yardım İctimai Birliyi” məhz şəhid ailələrinin təhsilinə kömək məqsədi ilə
açmağı qərara alması ilə bağlı tədbir keçirdi.Tədbirdə tanınmış jurnalistlərdən
Rey Kərimoğlu,Ülviyyə,QHT sədlərindən Mətanət Əsgər qızı,Mehriban Zeynalova,Kəmalə
Ağazadə və XalqTv-nin rəhbəri Hacı Hidayət Möhnətov və XalqTv-nin İcraçı
direktoru,QMİB-nin sədri,Prezident təqaüdcüsü Hacı Azadə - Taleh Abbas qızı
çıxış edərək hər an şəhid ailəsi, yeni yaranan QHT-nin sədri, Bakı-İstanbul
liseyinin pedaqoqu Pərişan Musazadənin yanında olacaqlarını bildirdilər. Bakı-İstanbul
liseyinin direktoru Zeliha Abdullayeva çıxışında Pərişan Musazadə haqqında
xüsusi olaraq qeyd etdi ki, “Pərişan həm savadlı müəllimədir, həm də təşkilatçıdır
və biz heç vaxt onu tək buraxmayacağıq”.
Hamılıqla Pərişan Musazadəni dəstəkləyir,ona bu çətin və şərəfli işində uğurlar arzulayırıq.
Allah cəmi şəhidlərə rəhmət etsin.
Tədbirin ekskuliziv çəkilişi XalqTV-yə məxsus idi.