Hadisə

HADİSƏ Bakıda kişi qəbiristanlığa gedib özünü zəhərlədi, ayrıldığı arvadına zəng vurdu ki... 5 Fevra

  • 05 Feb 2019
  • 429 baxış

Bakıda intihar hadisəsi baş verib.

XalqTV.com publika.az-a istinadən xəbər verir ki, Telnov küçəsi 2347/48-ci məhəllədə yaşayan 1979-cu il təvəllüdlü Əliyev Elnur İdris oğlu evinin yaxınlığındakı qəbiristanlığa gedərək orada sirkə turşusu içib. Daha sonra o, bir müddət əvvəl boşandığı həyat yoldaşına zəng edərək özünü zəhərlədiyini və ölmək üzrə olduğunu bildirib.

Bundan sonra qadın təcili tibbi yardıma müraciət edib və qəbiristanlığa gələn tibbi yardım briqadasının köməkliyi ilə Elnur İdrisov xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, intihar edən 40 yaşlı kişi ilə həyat yoldaşı arasında problemlər olub. Onlar aliment məsələsinə görə məhkəmədə də üz-üzə gəliblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR