SAĞLAMLIQ

Tədqiqatlar fastfudun insan sağlamlığı üçün zərərli olduğunu göstərib

  • 06 Mar 2019
  • 2064 baxış

İllinoys Universitetinin alimləri tərəfindən aparılan tədqiqatlar nəticəsində burger və pitsa kimi zərərli yeməklərin istifadəsinin tez bir zamanda ürək-damar sistemində mənfi dəyişikliklərə gətirib çıxaracağı məlum olub.

XalqTv.com AZƏRTAC-a istinadən bildirir ki, bu zaman damarlar daha az elastik olur.

Aparılan hər iki tədqiqatın nəticəsi birmənalı olaraq, aşağı sıxlıqlı lipoproteinlərin (ASLP) zərərli olmasını və onların daha az yayılan oksidləşdirilmiş versiyasını göstərib. Birinci tədqiqat çərçivəsində laboratoriya siçanlarını (iki qrupda) balanslaşdırılmış qida ilə yedizdirib və yaxud da Qərb diyetasında (yağ və karbohidratlar çox, zülal az; əsasən fastfud) saxlayıblar.

İkinci qrupda da elastiklik kifayət qədər tez itirilib. Öz növbəsində, insanın endotelial hüceyrələri ilə aparılan işlərdə məlum olub ki, ASLP və onların oksidləşdirilmiş versiyası hüceyrə membranlarını daha bərk və qalın olmağa məcbur edir. Birlikdə onların mənfi effekti güclənib.

Bununla belə, hüceyrə membranını pis tərəfə dəyişmək üçün çox cüzi miqdarda oksidləşdirilmiş ASLP kifayət edir. Məlumdur ki, oksidləşdirilmiş ASLP damarda yığılmaların və tıxanmaların əmələ gəlməsinə səbəb olur.

XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45770 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 638 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 641 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 610 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 717 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO