Şou Bİznes

Hüseyn Dəryanın bacısından ŞOK AÇIQLAMA: Qardaşımın bir övladı var, o da...

  • 08 Mar 2019
  • 1324 baxış

Mərhum reper Hüseyn Dəryanın qızı Ayşənin DNT (atalıq testi) analizi qalmaqalı səngimək bilmir.

XalqTv.com xəbər verir ki, Dəryanın doğma bacısı Muradova Ofeliya ötən gün "Bizimləsən"in canlı efirinə zəng edib.

Mərhum reperin bacısının iddiası eşidənləri məəttəl qoyub:

"5 il əvvəl bütün nəslə çatdı ki, Cahangir Hüseynin oğlu deyil. Sonanın özünü çağırdım, anası ilə də danışdım. Dedim "DNT analizi verin mən rahat olum. Anası da, özü də dedi ki, ümumiyyətlə, bizim nə vaxtımız var, nə halımız var. Zaur bəy, bir söz deyim mən. Ayşən mənim qardaşımın balasıdır. Bunu hər kəs bilir, bilməyənlər də bilsin. Kimin üçünsə bu, maraqlı deyilsə, qoy maraqlı olsun. Yəni, bilsin ki, Ayşə qardaşımın balasıdır, qanıdır, canıdır. Heç bir bacı yad bir övlada deməz ki, o, mənim qanımdır. Mən qan analizi vermişəm, bilirəm ki, Ayşən mənim qardaşımın yadigarıdır. Bütün nəsil-kökümüz bilir ki, Hüseyn Dəryanın bir övladı var. O da Ayşəndir". 

XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR