Xəbərlər
“500 minlik gəlinlik geyinməyəcəm”
Dünya şöhrətli futbolçu Mesut Özil və sevgilisi aktrisa Amine Gülşen 2 ay sonra evlənəcək.
XalqTv.com axşam.az-a istinadən xəbər verir ki, onların toyu İstanbulda baş tutacaq.
Bu barədə aktrisa özü açıqlama verib və yarım milyonluq gəlinlik geyinməsi ilə bağlı danışıb:
"Deyildiyi kimi, 500 minlik gəlinlik geyinməyəcəm. Çünki külli miqdarda pul xərcləyib, özümüzü göstərməyəcəyik. Sadə olmağa üstünlük veririk".
Qeyd edək ki, cütlük iki ildir sevgi münasibəti yaşayır
XalqTv.com
RƏYLƏR