Xəbərlər

Azərbaycanlı şairə ,ictimai xadim,Azadə-Taleh Abbasqızının 55 illik yubileyi Dərbənddə qeyd olundu.

  • 29 Mar 2019
  • 5985 baxış

Azərbaycanlı şairə ,ictimai xadim,Prezident Təqaüdçüsü,"Qafqaz-Media"İctimaiBirliyinin sədri,Xalq TV-nin icraçı direktoru ,"Qafqaz-Media"TV-nin təsisçisi və baş direktoru,Azərbaycan Yazıçılar Birliyinin üzvü, Hacı Azadə-Taleh Abbasqızının 55 illik yubileyi Dərbənddə -Mərkəzi kitabxanada qeyd olundu.Mədəniyyət və idman şöbəsinin müdiri Nərminə Baloğlanova ,kitabxananın direktoru Diana xanım Əliyeva,"Gülüstan"Ədəbiyyatçılar İttifaqının sədri Tahir Saleh,AzərRosun Dərbənd şöbəsinin müdiri Telman Tahirli,Dərbənd-Azərbaycan Teatrının direktoru Firdovsi Əhmədov,əməkdar artistlər Yaqut Xandadaşova,Sevda Bəybalayeva,şairə-dramaturq Bikəxanım Əlibəyova,tərcüməçi-şair Elman-Abbas Xalq TV-nin rəhbəri Hidayət Möhnətov,həkim-alim Natiqə İsmayılova,"Borçalı"qəzetinin şöbə müdiri Elmira Əhmədova,şair Mürvət Qədimoğlu Həkəri,jurnalistlər Mənsurə Həşimova.Jalə Əkbərova,Kamilə İbrahimova və başqaları çıxış edərək Yubilyarı təbrik etdilər

Xanəndə,şairə Ziba Hüseynova və xanəndə-müğənni Sübhan Əkbərzadə oxuduqları mahnılarla tədbir iştirakçılarını feyziyab etdilər
AzərRosun Dərbənd şöbəsinin müdiri,beynəlxalq jurnalist Telman Tahirli yubilyarı xüsusi diplomla təltif etdi,kitabxananın müdiri Diana Əliyeva Dərbəndlə bağlı kitabları və qiymətli hədiyyəsini Azadə-Talehə hədiyyə etdi.Azadə-Taleh də öz növbəsində tədbir iştirakçıkarını rəhbərlik etdiyi "Qafqaz-Media"İctimai Birliyinin "Pərixan Xatun","Ustad Qələm Sahibi ","Cəsarətli Qələm" diplomları ilə təltif etdi.Xocalı şəhidi Şöhrət Həsənova və aprel şəhidi ,pilot-mayor Təbriz Musazadəyə həsr etdiyi kitablarını və yenicə bəstəkar Arif Səlimov tərəfindən hazırlanmış Azadə-Talehin sözlərinə bəstələnmiş mahnılardan ibarət diski qonaqlara hədiyyə etdi."Gülüstan"Ədəbiyyatçılar İttifaqının üzvülük vəsiqəsini İttifaqın sədri Tahir Saleh Xalq TV-nin rəhbəri,yazıçı Hacı Hidayət Şirvanlıya təqdim etdi.Hidayət müəllim "Xalq TV"-nin dostu diplomlarını və kitablarını tədbir iştirakçılarına hədiyyə etdi.Tədbirdən sonra Bikəxanım Əlibəyovanın təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyyəti,Cümə məscidində,Narın-Qalada və Xəzər dənizinin sahilində oldular.
Nə yaxşı saf İnsanlar var imiş
55illik yubileyiniz mübarək Hacı-Azadə-Taleh Abbasqızı!
Allah Sizi bəd nəzərdən saxlasın 




RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR