İqtisadiyyat

Maliyyə Nazirliyinin səlahiyyətləri artırılıb

  • 08 May 2017
  • 329 baxış

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, Əsasnaməyə 3-cü - "Nazirliyin vəzifələri" hissəsində 8.31-ci bəndə "borclarının" sözündən sonra ", dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasının" sözləri əlavə edilir;

"8.31. dövlətin daxili və xarici borclarının, dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasının yuxarı həddini müəyyənləşdirmək üçün təkliflər vermək".

Aşağıdakı məzmunda 8.31-1-ci bənd əlavə edilir:

"8.31-1. dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasına razılıq vermək və ya ondan imtina barədə qərar qəbul etmək;".

Həmçinin Əsasnaməyə aşağıdakı məzmunda 8.22-1-ci və 8.22-2-ci bəndlər əlavə edilir:

"8.22-1. dövlətə məxsus olan hüquqi şəxslərin borcalma niyyəti barədə müraciətlərini təhlil etmək və bu borcalmanın yuxarı həddi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təkliflər vermək;

8.22-2. dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasına razılıq vermək və ya ondan imtina barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə əsaslandırılmış təkliflər vermək;".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-183-maliyye-nazirliyinin-selahiyyetleri-artirilib..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11