idman

Binəqədidə kafedəki atışma ilə bağlı RƏSMİ AÇIQLAMA

  • 04 Apr 2019
  • 807 baxış

Aprelin 3-də saat 19.30 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsində yeləşən kafelərin birində ailə münaqişəsi zəminində mübahisə yaranıb.

Bakı şəhər Baş Polis İdarəsindən XalqTv.com-a verilən məlumata görə, Biləcəri qəsəbəsində yaşayan Elmar Quliyev həyat yoldaşının ailə-məişət münasibətlərinin pozulması zəminində ata evinə qayıtması məsələsinə aydınlıq gətirilməsi üçün E.Quliyevi və onun yaxınlarını qayınatası, Vəli Nəbiyev kafeyə dəvət edib. Görüş zamanı tərəflər arasında qarşılıqlı mübahisə yaranıb.

E.Quliyevin atası Elnur Quliyev üzərində olan "Ekolbotan" markalı, pnevmatik idman (səs) tapançası ilə atəş açıb.

Faktla bağlı Binəqədi RPİ-nin İstintaq şöbəsində CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanılaraq E.Quliyev, onun atası və dostu, eləcə də V.Nəbiyevin qardaşı, şübhəli şəxs qismində saxlanılaraq, hadisə zamanı istifadə olunmuş idman tapançası aşkarlanaraq götürülüb.

Binəqədi RPİ-də istintaq davam etdirilir.


XalqTv.com.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR